Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,48% artaraq 66,54 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,22 ABŞ dolları təşkil edib. Sezar pizza
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Telegram kanalımız