Azərbaycan nefti ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

24 Sentyabr 2019 21:33 792


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 67,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır. Sezar pizza

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,31 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!