Azərbaycan nefti yenə ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nefti yenə ucuzlaşdı

İqtisadiyyat

26 Sentyabr 2019 22:04 932


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 25-də 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır.

"Yeni Sabah" xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,54 dollar/barel azdır. Dominos pizza

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,29 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,74 dollar/barel azdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!