Azərbaycan neftinin ən böyük alıcıları kimlərdir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan neftinin ən böyük alıcıları kimlərdir?

İqtisadiyyat

17 Noyabr 2025 12:56 628


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 6 231 517,13 min ABŞ dolları dəyərində 12 077 423,62 ton neft ixrac edib.

"Yeni Sabah" xəbər verir ki, bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 701 374 min dollar dəyərində 1 307 899,13 ton neft ixrac edilib. pizza sifarişi

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü Xorvatiya tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 634 647,77 min dollar 1 187 550,72 ton neft ixrac edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!