Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi - Fotolar

Sosial

07 İyun 2020 15:35 822


Müdafiə nazirinin tapşırığına əsasən, iyunun 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səslədirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. pizza mizza

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!