Fransız yazıçısı Frederik Beqbeder Pau polis bölməsində saxlanılıb.
Yenisabah.az "France Bleu Béarn Bigorre"a istinadla xəbər verir ki, o, zorlama işi ilə bağlı aparılan ibtidai istintaqa cəlb olunub.
Gənc qadın yayda yazıçıdan şikayət edib. O iddia edir ki, elə həmin gecə ilkin olaraq razılıq əsasında cinsi əlaqəyə girib, sonra isə zorlanıb. pizza sifarişi
Hadisə otel otağında baş verib.
Xatırladaq ki, Frederik Beqber Azərbaycan oxucularına tanış yazıçıdır, onun bir neçə kitabı dilimizə tərcümə olunub.
Telegram kanalımız