“Azərbaycan Paşinyana kömək etməlidir” - Deputatdan sensasiyalı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Paşinyana kömək etməlidir” - Deputatdan sensasiyalı açıqlama

Siyasət

17 İyun 2024 14:50 864


Ermənistan Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə dair öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiq etməklə buna nail olmalıdır. 

Yenisabah.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya geniş müsahibəsində deyib. 

O bildirib ki, Paşinyan bunu etməkdən qorxur:  Pepperoni pizza

“Ona görə Azərbaycan bu işdə ona “kömək” etməlidir - Ermənistanın ordusunu Qarabağdan qovduğu kimi. Sülh sazişində Naxçıvana yol açılmasını nəzərdə tutan müddəa olmasa, onun imzalanması yanlış olardı. Beynəlxalq şərtlər uyğun olacaqsa, düşünürəm, İlham Əliyev dövlətimiz üçün həyati əhəmiyyətli bu məsələnin həllini gələcək nəsillərə saxlamayacaq və şansı qaçırmayacaq. Nə qədər ki, Ukraynada müharibə davam edir, Azərbaycan bu məsələni bitirməlidir. Sonra beynəlxalq şərait bizim üçün uyğun olmaya bilər. Azərbaycan qardaş Türkiyə ilə, qonşu dövlətlərlə, xüsusilə Rusiya ilə, KTMT üzvü olan dövlətlərlə bu istiqamətdə danışıqlar aparmalı, Ermənistanın havadarlarına ciddi və son xəbərdarlığını etməlidir”, - o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!