“Azərbaycan Prezidenti “sarı mətbuat”a müsahibə vermir” - BİLD-in iddiasına cavab

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Prezidenti “sarı mətbuat”a müsahibə vermir” - BİLD-in iddiasına cavab

Siyasət

21 Oktyabr 2020 22:49 1315


Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın BİLD nəşrinin əməkdaşının iddialarına cavab verib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.

Belə ki, BİLD-in əməkdaşı Paul Rozenhaymerin guya Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə onunla müsahibəyə razılaşması, daha sonra isə imtina etməsi ilə bağlı “Twitter”də iddia irəli sürüb. pizza

Onun cavabında isə Hikmət Hacıyev bildirib ki, heç kim bu nəşrə müsahibə ilə bağlı razılıq verməyib: “Azərbaycan rəhbərliyi adından danışmağınız peşəkarlığa sığmır. Azərbaycan Prezidenti peşəkar mediyaya müsahibə verir, hansısa “sarı mətbuat”a deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!