Azərbaycan qılıncoynadanı qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qılıncoynadanı qızıl medal qazandı

İdman

19 Noyabr 2022 11:21 855


Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Abbas Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb.

Yenisabah.az xəbər verir ki,14 yaşadək idmançıların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Hüseynov finala gedən yolda ispaniyalı Qabriel Suarezi (15:3), yunan Kristos Karamitsosu (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib.

O, ən güclü 4-lüyə yüksəlmək üçün yunanıstanlı Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib. İdmançı yarımfinalda bolqar Nikola Meitsovdan (15:14) güclü olub. Dördpendirli pizza

Qılıncoynadan həlledici qarşılaşmada Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!