Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

Siyasət

13 May 2019 12:50 1268


Azərbaycan 10 mayda Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

XİN-dən "Yeni Sabah"a verilən məlumata görə, məlum olduğu kimi, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.

Qeyd edək ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilmişdir. Ölkəmiz də daxil olmaqla hazırda alyansın 57 müşahidəçi üzvü var. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!