Müğənni Afət Fərmanqızının “Pəncü şeş” mahnısını oxuyan həkimlər işdən çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Şəkidə baş verib. Rayonun Mərkəzi Xəstəxanasının beş əməkdaşı mahnını oxuyub klip çəkdikləri və onu sosial şəbəkədə yaydıqları üçün baş həkim tərəfindən işdən qovulublar. Bu haqda prodüser Tarix Əliyev instagram hesabında məlumat yayıb.
T. Əliyev paylaşdığı videoda xəstəxananın tibb bacısı ilə danışıb və o bildirib ki, martın 6-da baş həkim onları işə çağıraraq “siz məni bütün Azərbaycanda biabır etdiniz” deyib və ərizə yazaraq işdən çıxmalarını tələb edib. Aylıq 160 manata işlədiyini deyən qadın işdən çıxarılan digər 4 nəfərin xəstəxanada tibb işçisi, bufetçi və xadimə çalışdıqlarını qeyd edib. pizza hut
Xatırrladaq ki, bir neçə gün əvvəl Azərbaycan səhiyyəsində daha bir belə kruyoz hadisə baş vermişdi. Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınan videoya görə oraada da 5 nəfər işdən qovulmuşdu. Həmin videoda sürücülər təcili yardım maşını ilə tibb bacısının “başına dolanırdılar”.
Telegram kanalımız