Azərbaycan tədiyyə balansının qalığı 56 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan tədiyyə balansının qalığı 56 faiz artıb

İqtisadiyyat

14 İyun 2019 15:40 1238


Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 2 019,3 milyon ABŞ dolları təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,8% çoxdur.

Artım əsasən dünya bazarında neftin qiymətinin yüksək olması, eləcə də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına baş verib.  pizza hut

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 602,7 milyon dollarlıq qalıq (illik müqayisədə 3% çox), kapital hesabındakı 1,9 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), maliyyə hesabındakı 215,1 milyon dollarlıq kəsir (53,5% az), balanslaşdırıcı maddələr üzrə 633,6 milyon dollarlıq qalıq (3,1 dəfə çox) hesabına formalaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!