Azərbaycan Tehrandakı səfirliyini və Təbrizdəki Baş konsulluğunu təxliyə edir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Tehrandakı səfirliyini və Təbrizdəki Baş konsulluğunu təxliyə edir

Siyasət

06 Mart 2026 13:39 6894


“Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib”.

“Yeni Sabah”ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 6-da Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini ilə birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib. Sezar pizza

“Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq, növbəti addımlar atılacaq, qərarlar veriləcək”, - C.Bayramov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!