Azərbaycan UEFA reytinqində irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan UEFA reytinqində irəlilədi

İdman

05 Noyabr 2021 09:49 698


Avrokubokların qrup mərhələsinin IV turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Yenisabah.az-ın məlumatına görə, Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” Qazaxıstanda “Kayrat”a qalib gəlib.

2:1 hesablı səfər qələbəsi ölkəmizin reytinqinə 0,500 xal əlavə edib. Həmçinin qrupdan çıxmağın təmin edildiyi üçün əlavə 0,250 xal aktivimizə əlavə olunub. Bununla da cari mövsüm əldə edilən xal 4,125-ə çatıb. Dominos pizza

Son 5 ilə əsasən hesablanan reytinqimiz 16,750-yə yüksəlib. Bu, sıralamada 1 pillə irəliləmək üçün yetərli olub.

Azərbaycan Avropada 25-ci pilləyə qalxıb. Ölkəmiz 16,650 xala malik Rumıniyanı arxada qoyub.

Ən yaxın izləyicisini 0,100 xal qabaqlayan Azərbaycanın 24-cü olan Bolqarıstanla fərqi 2,500 xala bərabərdir.

Qeyd edək ki, cədvələ 94,826 xala malik İngiltərə başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!