Azərbaycan və Rusiyanın baş prokurorları Anlaşma Memorandumu imzaladılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Rusiyanın baş prokurorları Anlaşma Memorandumu imzaladılar

Siyasət

04 Sentyabr 2024 19:20 409


Azərbaycan və Rusiyanın baş prokurorları Kamran Əliyev və İqor Krasnov Şərq İqtisadi Forumunda Anlaşma Memorandumu imzalayıblar.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.

"Memorandum Azərbaycan və Rusiya prokurorluqlarının işinin təşkili sahəsində təcrübə mübadiləsini intensivləşdirməyə imkan yaradacaq, eləcə də sülh və təhlükəsizliyə təhdidlərə qarşı mübarizəyə tam töhfə verəcək", - Krasnov bildirib. Pepperoni pizza

O, iki ölkənin prokurorluqları arasında əlaqələrin çoxşaxəli və konstruktiv olduğunu, qarşılıqlı hörmətə və maraqların nəzərə alınmasına əsaslandığını qeyd edib.

Bundan əlavə, Krasnov ikitərəfli əlaqələr kompleksini inkişaf etdirməyə və əsas beynəlxalq platformalarda, o cümlədən BMT və MDB-də transmilli cinayət təhdidlərinin neytrallaşdırılması üçün səyləri əlaqələndirməyə hazır olduğunu təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!