Yaxın Şərqdə bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Yaxın Şərqdə bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb - RƏSMİ

Siyasət

01 Mart 2026 11:46 353


“İndiyə qədər, yalnız bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib.

O qeyd edib ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Azərbaycan səfirlikləri və Baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir: Marqarita pizza

“Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir. İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.

Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur.

Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!