Azərbaycan yığması Afrika çempionatında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yığması Afrika çempionatında iştirak edəcək

İdman

09 May 2023 11:59 786


Mayın 11-18-də Tunisdə ağır atletika üzrə 33-cü Afrika çempionatı keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər.

Heyət aşağıdakı kimidir: Dördpendirli pizza

Qadın: Nazilə İsmayılova (45 kq)

Kişilər: İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq).

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunacaq yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub.

Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələrə uyğun olaraq qazandıqları lisenziya xalları ümumi Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!