Azərbaycana bu tarixdə qar yağacaq –   Şimaldan soyuq hava dalğası...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana bu tarixdə qar yağacaq – Şimaldan soyuq hava dalğası...

Sosial

04 Aprel 2025 11:44 872


Aprelin 5-də Rusiyanın paytaxtı Moskvada havanın temperaturunun kəskin enəcəyi, aprelin 6-da isə qar yağacağı proqnozlaşdırılır. Bu barədə Rusiyanın meteoroloji xidmətləri məlumat yayıb. Bildirilir ki, temperatur normadan 10 dərəcə aşağı düşərək -5°C-yə qədər enəcək. Yaz fəslinin ortasında belə hava şəraiti qeyri-adi sayılır və bu, regionda atmosfer proseslərinin dəyişməsi ilə əlaqələndirilir.

Qonşu ölkədə baş verən bu hava dəyişikliyi Azərbaycana necə təsir edəcək?

Yenisabah.az xəbər verir ki, Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin ilkin proqnozlarına görə, Rusiyadakı bu soyuq hava kütlələri Qafqaz regionuna da müəyyən təsir göstərə bilər. Aprelin 6-dan etibarən ölkəmizdə də hava şəraitində dəyişiklik gözlənilir. Xüsusilə, şimal və şimal-qərb rayonlarında temperaturun azalacağı, bəzi dağlıq ərazilərdə yağışın sulu qara və qara keçəcəyi ehtimal olunur. Bakı və Abşeron yarımadasında isə hava əsasən dəyişkən buludlu olacaq, arabir yağıntı müşahidə oluna bilər. Havanın temperaturu 6-9°C civarında dəyişəcək. pizza sifarişi

Mütəxəssislər bildirirlər ki, bu cür qısamüddətli soyuq hava dalğaları yaz fəsli üçün tipik olmasa da, klimat dəyişikliklərinin yaratdığı anomaliyaların nəticəsi kimi qəbul olunur. Vətəndaşlara tövsiyə olunur ki, hava şəraitinə uyğun geyinsinlər və mümkün qədər dağlıq ərazilərdə ehtiyatlı olsunlar.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!