“Kəlbəcər” tankerinin SOS siqnalı verməsinin səbəbi bilindi -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Kəlbəcər” tankerinin SOS siqnalı verməsinin səbəbi bilindi - YENİLƏNDİ

Hadisə

30 Dekabr 2025 14:02 477


Mərmərə dənizində Azərbaycan və Türkiyə bayraqları altında üzən tankerlərin həyəcan siqnalı verməsinin səbəbi bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, “Kəlbəcər” adlı 141 metr uzunluğunda və “ALATEPE” adlı 115 metr uzunluğunda tanker Küçükçekmece Dəmir Sahəsində bir-birinə toxunub. pizza mizza

“Gəmlərin sahilə yaxın olmaları səbəbindən, Nəqliyyat və İnfrastruktur Nazirliyinə bağlı Sahil Təhlükəsizliyi Baş İdarəsinin xilasetmə komandası və KURTARMA-9 texnikası hadisə yerinə göndərilib”, - nazirlikdən bildirilib.

***

13:30

Mərmərə dənizində Azərbaycan bayrağı altında üzən tanker gəmisi həyəcan siqnalı (SOS siqnalı) verib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisənin səbəbi məlum deyil.

Gəmi Mərmərə dənizinin İstanbulun Bakırköy Florya bölgəsinin sahilinə yaxın ərazidə üzürmüş. 

Eyni ərazidə olan və Türkiyə bayrağı altında üzən başqa bir tanker gəmisi də həyəcasn siqnalı verib.

Hadisə yerinə xilasetmə qrupları göndərilib. 

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!