Azərbaycanda 11 ayda 157 nəfərin telefonu oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 11 ayda 157 nəfərin telefonu oğurlanıb

Kriminal

07 Dekabr 2021 10:37 651


Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb.

Yenisabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

DİN rəsmisi bildirib ki, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru dinamika var. Dördpendirli pizza

“Mülkiyyət əleyhinə cinayətlər üzrə - xüsusi əmlak üzrə oğurluqları 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar üzrə 283 fakt azalma müşahidə olunub. Bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru dinamikadır. Bu, onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb.

Cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır. Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb”, - deyə E.Hacıyev qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!