Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır

Sosial

02 Aprel 2026 22:35 499


Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

"Yeni Sabah" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.

Qeyd edilib ki, su təchizatı şəbəkələri Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək. Marqarita pizza

Belə ki, siyahıya Ağstafanın Yenigün, Hacıqabulun I Udullu, Qubalı, II Udullu, l Paşalı, Şorbaçı, ll Paşalı və Tağlı, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpout, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyər, Göygölün Mollacəlil və İsmayıllının Qəzli kəndləri daxil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!