Azərbaycanda daha bir qız yoxa çıxdı - 17 yaşı var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir qız yoxa çıxdı - 17 yaşı var

Hadisə

09 Yanvar 2020 08:15 2200


Şəmkirdə 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir rayon sakini Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayonu, Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X. Həsənovanın əlamətləri belədir: boyu 167 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub. Pepperoni pizza

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!