Azərbaycanda 3 uşaq anası olan müəllim intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3 uşaq anası olan müəllim intihar etdi

Hadisə

21 Yanvar 2022 14:10 1057


Göyçay rayon sakini intihar edib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.

Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Sezar pizza

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!