Azərbaycanda 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib

Sosial

24 Mart 2025 11:53 249


Azərbaycanda qanunsuz çıxarılmış 7 nəfər əvvəlki işinə bərpa edilib, 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Sezar pizza

Vurğulanıb ki, həmin vəsaitin 86,3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edilib, həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!