Azərbaycanda 5 milyon maska ehtiyatı yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 5 milyon maska ehtiyatı yaradıldı

Sağlamlıq

09 Aprel 2020 08:51 1049


Koronavirusla mübarizədə lazım olan tibbi ləvazimatlar ölkəyə gətirilib. Ölkəmizdə tibbi maska istehsalına başlanılıb və 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gündəlik apteklərə 450 mindən çox tibbi maska paylanılır. Gün ərzində isə 100 mindən çox maska satılır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, karantin infrastrukturu sərhəd-keçid məntəqələri olan yerlərdə daha çox qurulub. Dördpendirli pizza

“Bəzi qüvvələr dezinformasiyalar yayırlar ki, guya hansısa bölgədə virusa yoluxanların sayı daha çoxdur. Ancaq belə deyil. Ölkəmizdə koronavirusla bağlı xüsusi qırmızı zona yoxdur. Yəni Azərbaycanda elə bir region yoxdur ki, xəstələrin sayına görə biri digərindən üstün olsun. Bakıda virusa yoluxanların sayının çox olması paytaxtda əhalinin sayına görədir”, - deyə İ.Məmmədov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!