Azərbaycanda 52 yaşlı kişi qohumunu qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 52 yaşlı kişi qohumunu qətlə yetirdi

Kriminal

01 Oktyabr 2022 11:05 919


Tərtər sakini qohumu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

Bu barədə Yenisabah.az-a Tərtər rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 30-u saat 17 radələrində Tərtər rayonu, Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Marqarita pizza

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ərəstun Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!