Azərbaycanda 57 nəfərdə koronavirus tapıldı, 68 nəfər sağaldı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 57 nəfərdə koronavirus tapıldı, 68 nəfər sağaldı - RƏSMİ

Sağlamlıq

17 Aprel 2020 18:16 1366


Azərbaycanda 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. pizza hut

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!