Azərbaycanda ağır qəza: iki nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır qəza: iki nəfər həlak oldu

Kriminal

31 May 2019 19:56 2284


Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 116-cı kilometrliyində, Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

1974-cü il təvəllüdlü Yaşar Xasay oğlu Əliyevin idarə etdiyi "Mercedes Benz E 200" markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər - Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 1992-ci il təvəllüdlü Mövlud Rasim oğlu Əmiraslanov hadisə yerində ölüb.

"Mercedes"də olan digər sərnişin - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nərmin Əzizağa qızı Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Marqarita pizza

Qəzaya səbəb kimi yağışlı hava şəraiti, yolun sürüşkən olması göstərilir.

Qeyd edək ki, Y.Əliyev qəza törətdiyi avtomobillə Bakı-Xaçmaz marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.(report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!