Azərbaycanda ağır qəza: ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ağır qəza: ölən və yaralananlar var

Kriminal

02 İyun 2019 12:53 1253


İyunun 2-də səhər saatlarında Astara rayonunun Təxtənəkəran kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” müxbiri xəbər verir ki, yolda hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü Əbülfət Səfərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü və sərnişinləri olan Lerik rayon sakinləri - Sərəngül Səfərova, Nazim Şahmuradov, Aytac və Aytəkin Səfərovalar müxtəlif dərəcələri bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Aytəkin Səfərovanın həyatı xilas etmək mümkün olmayıb. Dördpendirli pizza

Faktla bağlı araşdırmalar aparılır.

Azərtac.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!