Azərbaycanda ana və iki övladının ölməsinin TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ana və iki övladının ölməsinin TƏFƏRRÜATI

Sosial

09 Mart 2025 14:53 297


İmişlidə bir ailənin üç üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub.

Zərərçəkənlərin qohumu Böyükxan Zöhrabov bildirib ki, ata evə zəng edib, cavab gəlməyib, oraya gedib.

Evə gələndə isə görüb ki, həyat yoldaşı və iki övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Dominos pizza

Qeyd edək ki, İmişli rayonunda dəm qazından boğulma nəticəsində bir ailənin üç üzvü ölüb. Ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!