Azərbaycanda azyaşlılara porno izlədən şəxs həbs edildi   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda azyaşlılara porno izlədən şəxs həbs edildi - RƏSMİ

Kriminal

21 May 2022 21:15 3223


İmişlidə azyaşlılara pornoqrafik video izlədən şəxs məhkəmə qarşısına çıxarılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, şübhəli şəxs M. Abbasov barəsində cinayət işi açılaraq baxılması üçün məhkəməyə göndərilib. Dominos pizza

İmişli Rayon Məhkəməsinin qərarı ilə M. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb. Kənddə market işlədən M. Abbasovun azyaşlılara pornoqrafik videolar izlətməsi barədə polisə məlumat daxil olub.

M. Abbasovun video izlətdiyi azyaşlılardan birinin yaxınları isə bir neçə gün əvvəl onun marketinə hücum edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!