Azərbaycanda baş həkim marketdən oğurluq edib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda baş həkim marketdən oğurluq edib? - Video

Hadisə

25 Noyabr 2021 18:36 3247


Sosial şəbəkələrdə Masallı rayonunda mağazadan oğurluq edən şəxsin videogörüntüləri yayılıb. 

Belə ki, videoda kişinin marketdəki rəflərdən birindən məhsulu götürüb cibinə qoyduğu aydın görünür. Sosial şəbəkələrdə həmin şəxsin Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov olduğu iddia edilir. 

Rasim Əzizov Baku TV-yə açıqlamasında sözügedən iddialara münasibət bildirib və haqqında yayılan məlumatların təxribat olduğunu deyib. Sezar pizza

Sözügedən videogörüntülərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin mağazadan Masallı Rayon Polis Şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb:

“Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!