Azərbaycanda baş redaktor tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda baş redaktor tutuldu

Kriminal

06 İyul 2022 11:36 1293


Azərbaycanda sayt rəhbəri tutulub. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bu ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinən “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub. pizza

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!