Beyləqan rayonunda 1979-cu il təvəllüdlü bloger və jurnalist Anar Zeynalov həbs olunub.
“Yeni Sabah” xəbər verir ki, Beyləqan Rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə baş tutan prosesdə Anar Zeynalov Cinayət Məcəlləsinin 188.2-ci (qanunsuz torpaq zəbt etmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə onun barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Ailəsi bu qərara etiraz edərək Anar Zeyanlovun həbsinin sifarişli olduğunu iddia ediblər. Onların sözlərinə görə, həmin vaxt eyni maddə üzrə digər şəxslər barəsində də cinayət işi üzrə məhkəmə prosesi getsə də, onlar barədə hakim alternativ cəza verilməsi barədə qərar qəbul edib. Lakin Anar Zeynalov barəsində həbs qərarı verilib. pizza
Nəzrin CAVADZADƏ
Telegram kanalımız