Prezident İlham Əliyev "“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.
Sərəncama əsasən qanunda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; 2019, № 1, maddə 42; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1543-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər ediləcək:
1. 6.0.2-ci və 7.0.1-ci maddələrdə “həddi də” sözləri “həddi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da” sözləri ilə əvəz ediləcək. Sezar pizza
2. 8.0.13-cü maddə ləğv ediləcək.
Prezidentin digər bir sərəncamına əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra maddələrinə “Banklar” sözündən sonra “və xarici bankların yerli filialları” sözləri əlavə ediləcək.
Telegram kanalımız