Azərbaycanda bu şirkət dünya rekordu vurdu: 1 ayda 50 tender uddu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şirkət dünya rekordu vurdu: 1 ayda 50 tender uddu

İqtisadiyyat

19 Avqust 2019 16:24 1314


Azərbaycanın dövlət satınalmalarında daha bir rekorda imza atılıb.

«İnpeks.N» MMC iyun ayında dövlət qurumlarından 50-yə yaxın satınalma tenderi qazanıb. İndiyədək bu göstəriciyə heç bir şirkət nail ola bilməmişdi.

Dövlət satınalmalarında indiyədə qədər də fəallığı ilə seçilən və bir sıra qurumların təşkil etdiyi tenderlərin daimi qalib olan «İnpeks.N» MMC iyul ayında müxtəlif qurumların satınalmalarını qazanıb. Bura Bakı şəhər Mənzil Kommunal Təsərrüfati Departamentinin Nərimanov və Binəqədi MKTB-ləri, Mədəniyyət Nazirliyinin İsmayıllı regional Mədəniyyət İdarəsi (2 tender 184 min manat), Tərtər rayon xəstəxanası (8 tender verib – 159 min manat), Bərdə İcra hakimiyyəti, Bakı Mədəniyyət Baş İdarəsi (3 tender və 975 min manat), Ağdaş regional Mədəniyyət idarəsi (5 tender 409 min manat), Mədəniyyət Nazirliyinin özü (6 tender və 2 milyon 811 min manat), Kürdəmir rayon Mərkəzi xəstəxanası (1 tender 56,6 min manat), ən böyük satınalma olaraq Baki Xoreoqrafiya Akademiyasinda əsaslı təmir işləri (1 milyon 25,2 min manat), Xaçmaz Regional Mədəniyyət İdarəsi (8 tender 598 min manat) və sair aiddir. Pepperoni pizza

Qazanılmış tenderdə nəzərdə tutulan işlərə yumşaq və bərk inventarların alınması, digər maşın və avadanlıqların alınması, təmri işləri, əsaslı təmir işləri, mənzil fondunun təmir işləri, dəftərxana ləvazimatları, sair xərclər, İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi. Eləcə də abadlıq işləri kimi xidmətlər var.(FED.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!