Misli Premyer Liqasının 21-ci turunda bu gün keçiriləcək 2 matç qardaş Türkiyədə baş verən zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayacaq.
Bu barədə Yenisabah.az-a Peşəkar Futbol Liqasından məlumat verilib. "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" qarşılaşmaları 1 dəqiqəlik sükutla başlayacaq, Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənlər yad olunacaq.
Qeyd edək ki, sözügedən matçlar bu gün müvafiq olaraq 14:00-da və 18:00-da start götürəcəklər. Sezar pizza
Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 284-ə, yaralıların sayı 2323 nəfərə çatıb.
Telegram kanalımız