Azərbaycanda çəyirtkələrə qarşı mübarizə başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çəyirtkələrə qarşı mübarizə başladı

Sosial

02 İyun 2020 11:04 709


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində cəyirtkəkimilərə qarşı 6808 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.

Nazirlikdən verilən məlumata görə, mübarizə tədbirləri əsasən Küdrü düzü ərazisində 2480 hektar, Ceyrançöl ərazisində 4048 hektar sahədə həyata keçirilib: "Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcimli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və Skout tupli və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.

Qeyd edək ki, ölkəmizdə Mərakeş çəyirtkəsi, əsasən yovşanlı sahələrdə yaşayıb, çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir". Marqarita pizza

Məlumatda qeyd olunub ki, çəyirtkə qışlaqları Azərbaycanın 34 rayonun ərazisində qeydə alınır: "Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar.

Mühit şəraitindən asılı olaraq, sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar. Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına ( Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verilsin. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!