Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu,   ölən var - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, ölən var - RƏSMİ

Sağlamlıq

19 May 2020 18:57 907


Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.  Sezar pizza

Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edib, onlardan 2198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!