Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu,   ölən var - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, ölən var - RƏSMİ

Sağlamlıq

26 May 2020 18:25 1123


Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat edib. pizza hut

Hazırkı dövrədək ölkəmizdə 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 276 338 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!