Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı -   2 nəfər vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı - 2 nəfər vəfat etdi

Sağlamlıq

16 Aprel 2020 17:04 758


Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Yenisabah.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat etmişdir. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olmuşdur. Toyuqlu pizza

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 460 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!