Azərbaycanda daha 44 nəfərdə koronavirus aşkarlandı -   65 nəfər sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 44 nəfərdə koronavirus aşkarlandı - 65 nəfər sağaldı

Sağlamlıq

24 Aprel 2020 15:54 603


Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 65 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir. Dördpendirli pizza

Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1013 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmiş, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!