Azərbaycanda daha 49 nəfərdə koronavirus aşkarlandı -   1 nəfər vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 49 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi

Sağlamlıq

14 Aprel 2020 16:47 875


Azərbaycanda 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan Yenisabah.az-a daxil olan məlumata görə, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib. Toyuqlu pizza

Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!