Azərbaycanda daha 56 nəfərdə koronavirus aşkarlandı -   53 nəfər sağaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 56 nəfərdə koronavirus aşkarlandı - 53 nəfər sağaldı

Sağlamlıq

15 Aprel 2020 17:05 773


Azərbaycanda 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Yenisabah.az-ın Operativ Qərargaha istinadən məlumatına görə, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. pizza hut

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!