Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Hadisə

05 Oktyabr 2021 09:42 1296


Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov dünyasını dəyişib.  Dördpendirli pizza

O, uzun müddətdir koronavirusdan müalicə olunsa da, terminal koma durumuna düşərək vəfat edib. 

Qeyd edək ki, dünən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, Əməkdar həkim Aydın Qədirov da COVID-19 səbəbindən həyatını itirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!