Azərbaycanda daha iki nəfər koronavirusdan öldü,   248 yeni yoluxma - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü, 248 yeni yoluxma - RƏSMİ

Sağlamlıq

31 May 2020 17:17 1739


Azərbaycanda 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 428 nəfər müalicə olunaraq sağalmış, 63 nəfər vəfat edib, 2 003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. pizza sifarişi

Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298 648 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!