Azərbaycanda dindar narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dindar narkotiklə tutuldu

Kriminal

09 Sentyabr 2022 14:36 1275


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Zamir Salmanov və Albert Balakişiyevi saxlayıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Məlumata görə, Zamir Salmanov rayon ərazisində özünü dindar şəxs kimi təqdim edirmiş. Toyuqlu pizza

Faktla bağlı Qusar RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!