Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK

Sosial

02 Aprel 2026 21:38 437


Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, məqsəd uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviq olunmasıdır.

Qaydaların hazırlanmasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi may ayına kimi yekunlaşdırmalıdır. Marqarita pizza

Bundan başqa, ilin sonuna qədər AQTA və Səhiyyə Nazirliyi dövlət tərəfindən qida ilə təmin edilən uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlamalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!