Azərbaycanda ƏMƏLİYYAT: Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ƏMƏLİYYAT: Saxlanılanlar var

Kriminal

02 Sentyabr 2025 19:26 12715


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Fərhad Əliyev, Ağalar Əliyev, 28 yaşlı Əhliman Səfərov, 34 yaşlı Heydər Qurbanov və 62 yaşlı Nazimin Novruzov xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40 000 manat dəyərində 25 000 qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Dominos pizza

Həmin şəxslər saxlanılıblar və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!