Azərbaycanda ən çox tələb olunan 5 peşə

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Sosial

30 Aprel 2025 17:57 530


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədilə iş elanlarının genişmiqyaslı kəmiyyət təhlilini aparıb.

Bu barədə Yenisabah.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, son iki ili əhatə edən 25 min 678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan beş prioritet peşə istiqaməti - satış təmsilçisi, mühasib, kredit mütəxəssisi, işə qəbul üzrə mütəxəssis, satış planlanması müəyyən edilib. Dominos pizza

Təhlillər göstərir ki, bu peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır.

Vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir.

Bank sektoru isə 9,2 faizlik payla vakansiya sayına görə ilk onluğa liderlik edir. Bu sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir.

Araşdırma həmçinin göstərir ki, iş elanlarının 76,2 faizində iş təcrübəsi tələb olunur, minimum iş təcrübəsi tələbi isə 1-2 il arasında dəyişir. Vakansiyaların 67,2 faizində ali təhsilin əsasən bakalavr səviyyəsi tələb olunur.

Məvacib göstəricilərinə gəldikdə, qeyd edilən 25 min 678 vakansiyadan yalnız 8,4 minə yaxın vakansiyada əməkhaqqı qeyd edilib. Onlarda təklif olunan məvacib 400 – 7000 manat arasında dəyişir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!